Strateji baxışı və missiyası


Bank BTB-nin uzunmüddətli strateji baxışı respublikanın regional mərkəzlərində yerləşən satış şəbəkəsi vasitəsi ilə fərdi, kiçik və orta sahibkarlıq subyektlərinə və əhalinin bütün təbəqələrinə geniş çeşidli maliyyə xidmətləri təqdim edən aparıcı universal bank etməkdir.


Bankın missiyası Azərbaycan bank bazarında dinamikliyi, stabilliyi ilə seçilən, müştərisi ilə böyüyən şəffaf bir bank olmaqdır.

Bankın mövcud səhmdarları banka yeni investorların cəlb edilməsini nəzərdə tutur və onların cəlbi üçün birgə şəffaf əməkdaşlıq və idarəetmə, habelə investisiyaların dəyərinin stabil artımını vəd edir.

Bank bu strateji dövrdən başlayaraq, müştərilərə fərdi yanaşma və operativ xidmətə daha çox önəm verəcək, “müştəri ilə böyümə” strategiyasını həyata keçirəcək və loyal müştəri portfeli formalaşdıracaqdır.

Bank insan resurslarını özünün ən dəyərli aktivi kimi qəbul edərək, komanda üzvlərinə davamlı investisiya qoymağı özünün məramnaməsi qəbul edir.

Bank cəmiyyətə münasibətdə şəffaf, açıq, əlçatan olmaqla yanaşı, korporativ sosial məsuliyyətini dərk edərək, cəmiyyətin inkişafında da yaxından iştirak etmək məramnaməsini bəyan edir.

Bankın qısa məramnaməsi aşağıdakı kimi müəyyən edilir:

Bank BTB-nin missiyası səhmdarlarının investisiyalarının dəyərinin stabil artımını təmin edən, yüksək peşəkar və motivə olunan komandası ilə müştərilərinə fərdi yanaşma prinsipi ilə daha operativ xidmətlər təqdim edən və cəmiyyətin inkişafına sosial layihələrin maliyyələşməsi ilə dəstək verən şəffaf bank olmaqdan ibarətdir.