İKT fondu hesabına kreditləşmə

 

“Bank BTB” ASC öz müştərilərinə İKT sahəsində sahibkarlığın inkişafı, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, elmi tədqiqat işlərinin və eyni zamanda innovasiyaların tətbiqinin genişləndirilməsi məqsədilə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun xətti ilə güzəştli kreditlər təklif edir.
Bankımız fondun əməkdaşlıq etdiyi 5 müvəkkil kredit təşkilatından biridir. Fondun vəsaitləri hesabına güzəştli kreditlər aşağıdakı şərtlərlə verilir:


Kreditin məbləği:
    10 000 manatdan 50 000 manatadək – kiçikhəcmli kreditlər;
    50 001 manatdan 500 000 manatadək – ortahəcmli kreditlər;
    500 001 manatdan 5 000 000 manatadək – böyükhəcmli kreditlər.


Kreditin müddəti:
    Kiçikhəcmli kreditlər üçün – 3 (üç) ilədək;
    Ortahəcmli kreditlər üçün – 5 (beş) ilədək;
    Böyükhəcmli kreditlər üçün – 10 (on) ilədək.


Faiz dərəcəsi:
   Müddətdən və məbləğdən asılı olmayaraq 5%


İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun xətti ilə güzəştli kreditlərin alınması barəsində ətraflı məlumatı fondun veb-səhifəsindən ala bilərsiniz.

Call Us Free!