Faktiki illik faiz dərəcəsi

FİFD - faktiki illik faiz dərəcəsi - nominal faiz dərəcəsi ilə yanaşı bütün xərclər (komissiya, sığorta və s.) nəzərə alınmaqla hesablanan faiz dərəcəsidir.

 

Faktiki illik faiz dərəcəsinin (FİFD) hesablanmasının riyazi metodologiyası

                                                       formula fifd

S – borcalana verilən xalis kredit məbləği, yəni ayrılmış kredit və banka ödənilmiş cari tutulmalar arasındakı fərq;

k — pul axınının (ödənişinin) sıra nömrəsi;

n —  pul axınlarının (ödənişlərinin) sayı;

x — Faktiki illik faiz dərəcəsi.

— illik ödəniş intervalı

A— kredit müqaviləsi üzrə k -cı  pul axınlarının (ödənişlərinin) cəmi. İki istiqamətli pul axınları əks riyazi işarələrlə, yəni xaric olan pul axını “mənfi”, daxil olan pul axını isə “müsbət” işarələri ilə hesaba daxil edilir;

 

Misal 1

Kredit müqaviləsinə əsasən verilmiş 6000 AZN məbləğində kredit 24 ay ərzində, nominal faiz dərəcəsi 9% olmaqla, bərabər şəkildə 274.11 AZN məbləğində borcalan tərəfindən ödənilir. Müqavilə bağlandıqda 60 AZN məbləğində komisyon xərclər ödənilir.

Bu zaman tənlik aşağıdakı kimidir :

formula2 fifd

Tənliyin şərtlərinin ödənilməsi üçün X = 10.002769% təşkil edəcəkdir. Beləliklə, yuvarlaşdırıldıqdan sonra FİFD =  10.0%.

 

Misal 2

Kredit müqaviləsinə əsasən verilmiş 6000 AZN məbləğində kredit 24 ay ərzində, nominal faiz dərəcəsi 9% olmaqla, bərabər şəkildə 274.11 AZN məbləğində borcalan tərəfindən ödənilir. Müqavilə bağlandıqda borcalan 60 AZN məbləğində komisyon xərc və 10 AZN sığorta haqqı ödəyir.

Bu zaman tənlik aşağıdakı kimidir :

formula3 fifd

Tənliyin şərtlərinin ödənilməsi üçün X = 10.171285% təşkil edəcəkdir. Beləliklə, yuvarlaşdırıldıqdan sonra FİFD =  10.2%

Bu o deməkdir ki, 6000 AZN məbləğində kredit rəsmiləşdirilməsinə  baxmayaraq, komissiya haqqı və sığorta ödənişlərini nəzərə alsaq, faktiki olaraq müştəri  5930 AZN əldə edir. FİFD =  10.2% , 5930 AZN üzrə hesablanmış nominal faiz dərəcəsini əks etdirir.

FİFD xərclər çıxıldıqdan sonra qalan xalis kredit məbləği üzrə nominal faiz dərəcəsidir.

Call Us Free!