Təhlükəsizlik tövsiyələri

 

Ümumi tövsiyyələr

  • ŞEN-kodunuzu üçüncü şəxslərə bildirməyin.
  • ŞEN-kodunu yadda saxlamaq lazımdır. Əgər yadda saxlamaq çətinlıik yaradırsa, onu kartdan ayrı yerdə saxlayın.
  • Şen-kodunuzun üçüncü şəxslərə məlum olması şübhəsi yaranarsa, bankın bankomatlarından istifadə edərək kodu dəyişin.
  • Kartınızı istifadə üçün üçüncü şəxslərə verməyin. Kartdan yalnız onun üzərində adı və soyadı qeyd olunan şəxs istifadə edə bilər.
  • Kartınızı bankdan aldığınız zaman onun arxa tərəfində xüsusi yerdə imzalayın. Bu sizin razılığınız olmadan kartdan istifadə riskini azaldır.
  • Kartınızı mobil telefon, məişət və ofis texnikasının yanında saxlamayın.
  • Hər zaman bankın və ya “24/7 müştəri xidməti” ilə əlaqə nömrəsini yadınızda saxlayın.
  • Kartınızla dələduzluq əməliyyatların aparılmasının qarşısını almaq üçün nağd vəsaitin əldə edilməsi üçün gündəlik limit tətbiq edin və SMS-məlumatlandırma xidmətinə qoşulun.
  • Kartınız itirildikdə və ya oğurlandıqda, mütləq qaydada təxirəsalınmadan banka və ya “24/7 müştəri xidməti”nə zəng edin və kartınızı bloklaşdırın.

Bankomat vasitəsilə edilən əməliyyatlara dair tövsiyyələr

  • Bankomat vasitəsilə əməliyyat etmək zərurəti yarandıqda,  yalnız təhlükəsiz yerlərdə quraşdırılmış bankomatlardan istifadə edin (banklarda, idarələrdə, ticarət mərkəzlərində, metro stansiyalarında).
  • İstifadə etməzdən əvvəl bankomata nəzər salın. Onun üzərində əlavə avadanlıqlar olmamalıdır (ŞEN-kodu yığmaq üçün klaviatura normal vəziyyətdə olmalıdır, kartı daxil etmək üçün yerdə əlavə avadanlıq olmamalıdır). Bankomatla əlaqədar şübhə yaranarsa, ondan istifadə etməyin və banka bu barədə məlumat verin.
  • Kartı bankomata daxil etmək üçün fiziki güc tətbiq etməyin. Əgər bankomat kartı qəbul etmirsə, yenidən həmin bankomatdan istifadə etmək üçün cəhd etməyin.
  • ŞEN-kodunuzu yığdığınız zaman üçüncü şəxslərin onu görməsinə mane olun.
  • Əməliyyat zamanı mobil telefondan istifadə etməyin. Bu sizə bankomat kartı və ya pulu verdiyi zaman fikrinizi yayındıra bilər. Bu zaman bankomat kartı və pulu yenidən geri “udaraq” verməyəcək.

 

Alınan mal / göstərilən xidmətlərin dəyərinin nağdsız ödənişinə dair tövsiyyələr

  • Ödəniş etdiyiniz zaman kartla əməliyyatı sizin iştirakınızla aparılmasını tələb edin.
  • Kartla ödəniş etdiyiniz zaman kassir POS terminalda sizdən ŞEN-kodunuzu daxil etmənizi, qəbzi imzalamağınızı və şəxsiyyəti təsdiq edən sənəd tələb edə bilər. ŞEN-kodu daxil etdiyiniz zaman onu üçüncü şəxslərin görmədiyinə əmin olun.
  • Əməliyyat uğursuz bitdiyi halda qəbzi saxlayın. Bankdan alacağınız çıxarışda həmin əməliyyat olmadığı halda qəbzi ləğv edə bilərsiniz.

 

İnternetdə kart vasitəsilə edilən ödənişlərə dair tövsiyyələr

  • İnternet və ya telefon vasitəsilə əməliyyat etdiyiniz zaman ŞEN-kodunuzdan istifadə etməyin.
  • İnternet vasitəsilə şəxsi və ya kartınız və bank hesablarınız haqqında məlumatlarınızı bildirməyin.
  • Yalnız tanınmış saytlar vasitəsilə əməliyyat aparmaq lazımdır.
  • İnternetdə əməliyyat etmək üçün ayrıca kartdan istifadə etmək tövsiyyə olunur.
  • Ödəniş edəcəyiniz saytların ünvanlarının düzgünlüyünə əmin olun, çünki oxşar ünvanlar vasitəsilə kartınızla qeyri-qanuni əməliyyatların aparılması labüddür.
  • Ödənişinizi şəxsi kompüteriniz vasitəsilə həyata keçirin. Əgər istifadə etdiyiniz kompüter sizə məxsus deyildirsə, o zaman, konfidensial məlumatları kompüterin yaddaşında saxlamayın və əməliyyat bitdikdən sonra məlumatların kompüterin yaddaşında qalmadığına əmin olun (yenidən ödəniş etdiyiniz sayta daxil olaraq əmin ola bilərsiniz).
  • Şəxsi kompüterinizə antivirus proqram təminatı yükləyin və onu mütəmadi olaraq yeniləyin. Bu sizin şəxsi məlumatlarınızı və kompüterinizi zərərli viruslardan qoruya bilər.