ÇPY/TMM - Bank BTB
İnternet Bankçılıq Kredit Kalkulyatoru

ÇPY/TMM

Azərbaycan Respublikası Mərkəzi Bankının yanında Maliyyə Monitorinq Xidməti cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı qanunvericilik ilə müəyyən edilən səlahiyyətləri həyata keçirən dövlət orqanıdır.


Azərbaycan Respublikası Mərkəzi Bankının yanında Maliyyə Monitorinq Xidməti Aərbaycan Respublikası Prezidentinin 23 fevral 2009-cü il tarixli 66 saylı Fərmanı ilə təsis edilmişdir.
Azərbaycan Respublikası Mərkəzi Bankının yanında Maliyyə Monitorinq Xidməti Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı qanunvericiliyin tətbiqini həyata keçirmək, bununla əlaqədar müvafiq dövlət orqanlarının fəaliyyətini koordinasiya etmək və onlara nəzarəti gücləndirmək məqsədi ilə yaradılmışdır.


Mərkəzi bankın yanında Maliyyə Monitorinq Xidmətinin fəaliyyəti ilə əlaqədar qanunvericil aktı Azərbaycan Respublikası Prezidentinin 122 saylı 16 iyul 2009-cu il tarixli Fərmanı ilə təsdiq olunmuşdur.


Azərbaycan Respublikasının PƏL/TMM haqqında qanunu FATF 40+9 Rəhbərliyi ilə müəyyən edilən standartlar və digər əsas beynəlxalq alətlər əsasında tərtib olunmuşdur.
Bank “BTB” ASC-nin PƏL/TMM haqqında qaydaları bankın Müşahidə Şurası tərəfindən 2 aprel 2015-ci tarixində təsdiq olunmuşdur və bankın PƏL/TMM üzrə hazırki nümayəndəsi isə 01 sentyabr 2013-cü ildə təyin olunmuşdur. Bankın daxili qaydalarına şübhəli əməliyyatların aşkar olunması, qarşısının alınması, bu barədə məlumatın təqdim olunması, ofşor banklarda hesablara və onlarla əməliyyatlara qadağa qoyulması, xarici dövlətlərin siyasi xadimləri və onların ailəsi və yaxın tanışları ilə münasibətlər, pul köçürmələri zamanı qeyri-adi və potensial olaraq şübhəli fəaliyyətin monitorinqi, PƏL/TMM ilə bağlı qaydaların və təcrübənin Bankın bütün filial və şöbələrində tətbiqi daxildir.


Bankın PƏL/TMM prosedurları və qaydaları müştərilərin həqiqi şəxsiyyəti və vəsaitin mənbəyi və son benefisiar sahibi ilə bağlı informasiyanın əldə olunması, təsdiq olunması və saxlanılması üçün tərtib olunmuşdur. Bankın hər bir yeni yeni müştəri, eləcə də onların həqiqi şəxsiyyətinin müəyyən olunması və şəxsiyyəti təsdiq edən müvafiq sənədlərin qeydiyyatı və müştərini tanı (KYC) məlumatları haqqında qeyd aparmaq üçün daxili prosedurları vardır. Bankın həm də yalnız qeydiyyatdan keçdikləri ölkədə fəaliyyət üçün müvafiq lisenziyaya sahib müxbir banklarla əməliyyat aparmasının təmin edilməsi üçün qaydaları mövcuddur.


Bank müştəriləri Azərbaycan Respublikası, Xarici Aktivlərə Nəzarət İdarəsinin Xüsusi Təyin olunmuş Millətlər siyası, Avropa Birliri, BMT Təhlükəsizlik Şurası və digər səlahiyyətli orqanlar ın təqdim etdiyi siyahı üzrə şəxslər, qurumlar və ölkələrlə tutuşdurur və “Thomson Reuters”in “World-Check” şirkətinin xidmətlərindən istifadə edir. Müvafiq qanunvericiliyin tələbinə əsasən aşkar edilməli və təqdim edilməli əməliyyatlar haqqında səlahiyyətli orqanlara hesabatın verilməsi ilə təcrübə və qaydalar da mövcuddur. Bank mütəmadi olaraq dövlət orqanlarına təqdim edilməli olan əməliyyatların aşakar olunması və təqdim olunması, eləcə də Bankın məhsul və xidmətləri ilə əlaqədar çirkli pulların yuyulmasının müxtəlif formaları ilə bağlı misallar ilə öz işçilərinə təlimlər keçir və qanunlar, qaydalar və prosedurlarda olan bütün dəyişikliklərlə bağlı MMX-ni dərhal məlumatlandırır.