Mobil Bank

Bu Xidmət, dünyanın istənilən nöqtəsindən müştərilərə uyğun zamanda kart hesablarını idarə etmək və əməliyyatlar həyata keçirmək imkanını verir. Balans və hesabdan çıxarışın yoxlanılması ilə yanaşı Card to Card (bir kartdan digər karta köçürmə), vəsaitlərin göndərilməsi və onların ATM-dən kart olmadan verilməsi imkanını yaradan Cash by Code, həmçinin kommunal, internet və mobil rabitə ödənişlərini “MobilBank” xidməti vasitəsi ilə həyata keçirmək mümkündür.

“MobilBank” xidmətinə qoşulmaq üçün banka müraciət etməyə ehtiyac yoxdur, sadəcə ATM-dən müvafiq şifrələri əldə etmək və proqramı telefona yükləmək kifayət edir.

mob1 mob2 mob3



Proqramı PlayMarket və AppStore onlayn mağazalarından pulsuz əldə etmək olar.

google play app-store-badge-en-363cc3a83d384997ef2b0e717f28c0bb

ATM-dən parolları əldə etmək üçün menyuda “Xidmətlər” və sonra “MobilBank qeydiyyatı” bölmələrini seçmək lazımdır. Bundan sonra seriya nömrəsi və dörd şifrə yazılan qəbz çap olunacaq. Bunlar “MobilBank” proqramına daxil olunaraq təhlükəsizlik şifrəsi (PIN kod) müəyyən edilməlidir. Bu şifrə (PIN kod) plastik kartın PIN kodu ilə eyni olmamalı və yalnız bu proqram üçün istifadə olunmalıdır.

Last modified on Çərşənbə, 21 Sentyabr 2016 10:18