3D Secure

Bank "BTB" bütün plastik kart sahiblərinə  "3D Secure" - təhlükəsiz ödəmə xidmətini təklif edir .

Bank "BTB" bütün plastik kart sahiblərinə  "3D Secure" - təhlükəsiz ödəmə xidmətini təklif edir .

  

3D Secure texnologiyaları nə deməkdir?

 

3D Secure- internet vasitəsilə edilən əməliyyatlar zamanı dələduzluğunun qarşısını almaq üçün qabaqcıl texnologiyadır. Bank kartın və kart sahibinin etibarlılığını online rejimdə yoxlayır və buna görə yüksək səviyyədə təhlükəsizliyi təmin edir. Bu o deməkdir ki, plastik kartın məlumatları itirildikdə kartın sahibindən başqa və ya onun xəbəri olmadan internet vasitəsilə heç bir əməliyyat aparıla bilməz.

  

3D Secure parolun əldə olunması? 

1. Birdəfəlik parolları çap etmək üçün əsas menyuda “XİDMƏTLƏR” bölməsini seçin

   

2. “İB və 3D Secure parol siyahısı” bölməsini seçin

 

3. Bundan sonra bankomat parolların siyahısını çap edəcək.

 

4. Qeyd olunma səhifəsinə https://acs.3dsecure.az/way4acs/enroll  saytından daxil ola bilərsiniz

  

5. “birdəfəlik parolların siyahısı” - autensifikasiya növünü seçin

 

6. Kartın istifadə müddətinin bitmə tarixini, CVC2 və birdəfəlik parolu daxil edin

  

7. İstifadəçinin adını, parolunu, köməkçi sözü və salam mətnini daxil edin. Parol minimum 8 işarədən ibarət olmalıdır. Parolda hərflər, rəqəmlər və xüsusi işarələr olmalıdır

 

8. Qeyd olunma prosesi uğurla başa çatdıqda aşağıda göstərilən pəncərəni görəcəksiniz