Əlavə xidmətlər

"Card to card" xidməti"



"Card to card" xidməti vasitəsilə istənilən vaxt rahatlıqla və qısa müddət ərzində bir kartdan digər karta pul göndərib və ya qəbul edə bilərsiniz. "Card to Card" xidmətinə görə komissiya köçürmə məbləğinin 0,5%-ni (min. 1 AZN) təşkil edir.

"Card to card" xidmətini yalnız "Azericard" şəbəkəsi daxilində həyata keçirmək mümkündür.

 

"SMS Notification"

"SMS Notification"  xidməti vasitəsilə hesabınızda baş vermiş əməliyyatlar və son hesab qalığı barədə dərhal sms vasitəsilə məlumat ala bilərsiniz. Bu Sizə həm hesabınıza nəzarət etmək, həm də kart başqa şəxs tərəfindən istifadə olunduqda dərhal xəbərdar olmaq imkanı verəcək.
"SMS Notification" xidmətinə görə komissiya aylıq 2 AZN təşkil edir.

 

"Cash by Code"

"Cash by Code" xidmətindən istifadə etməklə “Azericard” prosessinq mərkəzinə qoşulmuş bankomatlar vasitəsilə pul vəsaitlərini istənilən vaxt rahatlıqla və qısa müddət ərzində göndərə bilərsiniz. Bunun üçün pul vəsaitini göndərən tərəfin kartının olması kifayətdir. Pul vəsaitini qəbul edən tərəf isə kart olmadan nağd vəsaiti asanlıqla əldə edə bilər. Nağd vəsaiti əldə etmək üçün iki hissədən ibarət olan koddan istifadə olunur. Təhlükəsizlik baxımından kodun  bir hissəsini bankomatdan çek  vasitəsilə göndərən şəxsə, digər hissəsi isə avtomatik sms vasitəsilə  nağd vəsaiti qəbul edəcək şəxsə göndərilir. Nağd vəsaiti əldə edən şəxs kodun hər iki hissəsini bankomata daxil etməlidir.

"Cash by Code" xidməti üzrə komissiya
ATM-lər Komissiya Minimum
AZN USD EUR
«Bank BTB» 1.5% 0.45 0.5 0.45
"Azericard" şəbəkəsində digər rezident banklar 2% 1.85 2.25 2.25



"Internet Banking"

Bu xidmət vasitəsilə Siz real vaxt rejimində günün 24 saatı ərzində kartınız vasitəsilə aşağıda göstərilən bir çox qeyri-ödəniş və ödəniş əməliyyatlarını həyata keçirə bilərsiniz:

  • Kart hesabındakı vəsaitin yoxlanılması;
  • Kart hesabından çıxarışın əldə edilməsi;
  • Kommunal xidmətlərin ödənilməsi;
  • Telefon xidmətlərinin ödənilməsi (mobil və staionar);
  • Card-to-card (vəsaitin bir kartdan digərinə köçürülməsi);
  • İnternet haqlarının ödənilməsi;
  • Kartın bloklaşdırılması

"Internet Banking" sistemindən necə istifadə etmək olar?

İlk öncə sistemdə qeydiyyatdan keçmək lazımdır.  Qeydiyyat zamanı sizə birdəfəlik şifrələr siyahısı lazım olacaq. Bu siyahını bankomatlardan əldə edə bilərsiniz.

Bankomatlar vasitəsilə birdəfəlik şifrələrin əldə olunması üçün bankomatda olan aşağıdakı funksiyaları yerinə yetirmək lazımdır:

“Xidmətlər” > “İB parollar siyahısı”  

Birdəfəlik şifrələr siyahısını əldə etdikdən sonra Siz https://www.hbservice.com/btb.html  saytına daxil olaraq “İnternet Banking” bölməsində qeydiyyatdan keçə bilərsiniz.

"Internet Banking" xidmətinə görə heç bir komissiya haqqı ödənilmir.

 


"PİN change"

"PIN Change"  xidmətindən istifadə etməklə kartınızın şəxsi eyniləşmə nömrəsini (PIN-kod) daha yadda qalan edə bilərsiniz. Bunun üçün bankomata yaxınlaşa və mövcud PIN-kodu  yeni kodla əvəz edə bilərsiniz.

"PIN Change" xidmətinə görə komissiya 3 AZN təşkil edir.

 

"Visa üstünlüklər dünyası"

Visa premium kart sahibi kimi Sizə yenilənmiş “İmtiyazlar proqramı”nı təqdim edirik. Uğurlu
alış-veriş, gözəl istirahət və xoş əhval-ruhiyyə üçün hər yerdə - ən yaxşı mağazalar və restoranlarda, mehmanxana və idman zallarında, aviaşirkət və qolf-klublarda məhz Sizin üçün xüsusi üstünlüklər təklif olunur.

İmtiyazlarınızdan bütün dünyada yararlanın!

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz.

http://www.visapremium.com/main.jsp