“Həzi Aslanov” filialı, Korporativ Bankçılıq şöbəsi, Mikrokreditlər böməsi, KOB üzrə mütəxəssis - Bank BTB
İnternet Bankçılıq Kredit Kalkulyatoru

“Həzi Aslanov” filialı, Korporativ Bankçılıq şöbəsi, Mikrokreditlər böməsi, KOB üzrə mütəxəssis

Filiallar

Bakı / /

İş barədə məlumat

  • Mikroseqmentə aid müştərilərin müxtəlif marketinq alətləri vasitəsilə Banka cəlb etmək və bankı müştəri qarşısında təmsil etmək;
  • Bankın kredit siyasəti və digər bankdaxili qaydalar və prosedurlar çərçivəsində bankın mikrokreditləşmə əməliyyatlarının həyata keçirilməsini təmin etmək;
  • Mikro kredit işlərinin hazırlanması və müvafiq Kredit Komitəsinə təqdim olunmasını həyata keçirmək;
  • Departament tərəfindən müəyyən olunmuş satış üzrə planların vaxtında və tam icrasını yerinə yetirmək;
  • Biznes kreditləri sifarişi etmiş müştərilərin müraciətlərini qəbul etmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin bizneslərinin  təhlilini aparmaq, kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək,  biznesin ümumi fəaliyyətinə dair hesabatlar hazırlamaq, kredit sənədlərini kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmiləşdirmək;
  • Özünün mikro kredit portfelinin keyfiyyətini nəzarətdə saxlayır, kredit ödənişlərinə və kredit tarixçəsinə nəzarəti həyata keçirmək; 

Namizədə tələblər

  • Ali təhsil (iqtisadi və riyazi təhsilli olanlara üstünlük verilir);
  • Kreditləşmə sektorunda ən azı 3 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
  • Problemləri həll etmə bacarıqları; Analitik təhlil qabiliyyəti;
  • Təqdimetmə və satış bacarığı,
  • MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı

Qeydlər

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (“Həzi Aslanov” filialı, Korporativ Bankçılıq şöbəsi, Mikrokreditlər böməsi, KOB üzrə mütəxəssis) göstərməyiniz xahiş olunur.

Onlayn Müraciət