Müştəri Xidmətləri Departamenti, Nəzarət şöbəsinin kiçik mütəxəssisi / mütəxəssisi / aparıcı mütəxəssis - Bank BTB
İnternet Bankçılıq Kredit Kalkulyatoru

Müştəri Xidmətləri Departamenti, Nəzarət şöbəsinin kiçik mütəxəssisi / mütəxəssisi / aparıcı mütəxəssis

Baş ofis / Müştəri Xidmətləri departamenti

Bakı / /

İş barədə məlumat

  • Şöbəyə daxil olan bütün sənədlərin vaxtında icra olunmasını təmin edir;
  • Müştərilərlə aparılan bütün növ hesablaşma-kassa əməliyyatlarının düzgün aparılmasına    nəzarəti həyata keçirir, onları yoxlayır və səlahiyyətləri çərçivəsində avtorizasiya edir;
  • Müştərilərə göstərilən bank xidmətləri üzrə komissiyaların mövcud tarif dərəcələrinə uyğun tutulmasına nəzarət edir;
  • Əməliyyatlara nəzarət edərkən hər hansı bir nöqsan, çatışmazlıq müəyyən edilərsə, əməliyyatın icrasını dayandırır və sənədləri icraçıya qaytarır;
  • Müştərilərin hesablarına qoyulmuş inkasso sərəncamlarının, vergi, gömrük orqanları və DSMF tərəfindən qoyulmuş sərəncamların uçotunu aparır və onların icrasına nəzarət edir;
  • Köçürmə əməliyyatları üzrə məlumatları yoxlayır və səlahiyyətləri çərçivəsində avtorizasiya edir;
  • MXD-nin gündəlik kassa sənədlərinə nəzarət edir;
  • Müştəri xidmətləri şöbəsi tərəfindən müştərilərə hesabların düzgün açılmasına nəzarəti həyata keçirir və səlahiyyətləri çərçivəsində avtorizasiya edir;
  • Verilmiş kreditlərin təminatları ilə bağlı, o cümlədən həyat sığortası ilə bağlı sığorta  müqavilələrinin  müddətlərinə  nəzarət  edir və bu barədə bankdaxili qaydalara müvafiq olaraq, Kredit şöbəsinin müvafiq əməkdaşını məlumatlandırır;
  • Kredit işinin qanunvericiliyə, bankdaxili siyasət və qaydalara uyğun aparılmasına nəzarət  edir;
  • Səlahiyyətli şəxsin və MXD-nin direktorunun bu şöbəyə həvalə etdiyi digər vəzifələri həyata keçirir.

Namizədə tələblər

  • Vahid komandada işləmək qabiliyyəti;
  • Bank sahəsində ən azı 1-5 il iş təcrübəsi;
  • Azərbaycan, rus dillərini bilmək;
  • Ofis proqramlarında sərbəst iş bacarığı, Progress Bank əməliyyat sistemində işləmə bacarığı olanlara üstünlük verilir;
  • Nəzarət etmə bacarığı

Qeydlər

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) [email protected]  elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Müştəri Xidmətləri Departamenti, Nəzarət şöbəsinin kiçik mütəxəssisi / mütəxəssisi/ aparıcı mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Onlayn Müraciət