Pərakəndə bankçılıq şöbəsi, İstehlak kreditləri bölməsi, Aparıcı mütəxəssis - Bank BTB
İnternet Bankçılıq Kredit Kalkulyatoru

Pərakəndə bankçılıq şöbəsi, İstehlak kreditləri bölməsi, Aparıcı mütəxəssis

Baş ofis / Müştəri Xidmətləri departamenti

Bakı / /

İş barədə məlumat

  • Bankın bütün müştərilərini yeni və mövcud istehlak kredit məhsulları ilə tanış edir;
  • İstehlak krediti məhsullarının mövcud qaydalar və şərtlər çərçivəsində satışını həyata keçirir;
  • Yeni müştəriləri cəlb edir, istehlak kreditləri  ilə bağlı Bankın kredit məhsullarının satışını həyata keçirir;
  • İstehlak kredit portfelinə gündəlik nəzarət edir və təhlillər aparır
  • Kredit sifarişlərini qəbul edir, bankdaxili qaydalara uyğun olaraq, onları qiymətləndirir, sifarişləri hazırlayır və kreditlərin ödənişlərinə nəzarət edir;
  • Bankdaxili qaydalara və kreditlərin şərtlərinə əsasən kreditlərin monitorinqlərini aparır;
  • Müştərilərin istehlak kreditləri sahəsində kreditləşmə üzrə istək və ehtiyaclarını öyrənir və bunun əsasında  istehlak kredit  məhsullarının inkişafı üçün Bankın Pərakəndə Bankçılıq departamentinin  İstehlak kreditləri şöbəsinə müvafiq təkliflər verir;
  • Kredit əməliyyatları barədə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasənAzərbaycan Respublikasında fəaliyyət göstərən kredit bürosundan və digər qurumlardan məlumatlar alır;

Namizədə tələblər

  • Ali təhsil (iqtisadi və riyazi təhsilli olanlara üstünlük verilir);
  • İstehlak kreditləri sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Satış bacarığı;
  • Ünsiyyət qurma bacarığı;
  • Təqdim etmə, təhlil etmə və satış bacarığı;
  • Monitorinq və nəzarət etmə bacarığı.

Qeydlər

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində)  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Müştəri xidmətləri departamenti, Pərakəndə bankçılıq şöbəsi, İstehlak kreditləri bölməsi, Aparıcı mütəxəssis)  göstərməyiniz xahiş olunur.

Onlayn Müraciət