Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi/baş mütəxəssisi vəzifəsi - Bank BTB
İnternet Bankçılıq Kredit Kalkulyatoru

Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi/baş mütəxəssisi vəzifəsi

Biznesin inkişafı və marketinq departamenti

Bakı / /

İş barədə məlumat

  • Bankın marketinq siyasətinin və marketinq planının hazırlanmasında iştirak edir.
  • Bankın reklam və təşviqat üzrə siyasətinin, ona əlavə və dəyişikliklərin layihələrinin hazırlanmasında iştirak edir.
  • Bankın reklam və təşviqat üzrə layihələrinin icarsında iştirak edir.
  • Filial şəbəkəsində tətbiq olunacaq çap materiallarının, suvenir məhsullarının və POS materiallarının düzgün istifadəsinin monitorinqinın aparılması;
  • ATM köşklərinin, xidmət şəbəkəsinin eksteryerinin, və s. mövcud marketinq siyasəti, brend kitabının və korporativ üslubun tələblərinə uyğun olaraq dizaynını hazırlamaq və nəzarəti təmin etmək;
  • Bankın rəsmi internet və facebook səhifəsini mütəmadi olaraq yeniləmək, dizayn və saytın struktur dəyişiklərinə dair təkliflər vermək;
  • Sosisal şəbəkələrə nəzarət;
  • Bankın ictimai əlaqələrini qurmaq;
  • Bankın müsbət imicinin formalaşması və onun daima yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərmək;
  • Press-relizərin yazılması və mediyada paylaşılması;
  • Bankın korporativ sosial məsuliyyət layihələrini hazırlanmasında iştirak etmək.
  • Departament direktorunun və şöbə rəhbərinin reklam və ictimayyətlə əlaqələr üzrə ona həvalə etdiyi digər vəzifələri həyata keçirir.

Namizədə tələblər

  • Ali iqtisadi və ya biznes sahəsi üzrə təhsil;
  • Ən azı 3-5 il marketinq sahəsində iş təcrübəsi;
  • Rus və ya İngilis dillərini ən azı orta səviyyədə bilmə;
  • Ünsiyyətqurma bacarığı;
  • Analitik düşüncə;
  • Yaradıcılıq bacarığı.

Qeydlər

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (Azərbaycan dilində)  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Biznesin inkişafı və marketinq departamenti, Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi/baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Onlayn Müraciət