Risklərin idarə edilməsi departamenti, Kreditlərə nəzarət şöbəsi, Kreditlərin monitorinqi bölməsinin Mütəxəssisi və ya Aparıcı mütəxəssisi - Bank BTB
İnternet Bankçılıq Kredit Kalkulyatoru

Risklərin idarə edilməsi departamenti, Kreditlərə nəzarət şöbəsi, Kreditlərin monitorinqi bölməsinin Mütəxəssisi və ya Aparıcı mütəxəssisi

Risklərin idarə edilməsi departamenti

Bakı / /

İş barədə məlumat

  • Bankın idarəetmə orqanlarının müəyyən etdiyi və bankdaxili qaydaları ilə müəyyən olunmuş kredit portfeli üzrə hesabatlar hazırlayır;
  • Kreditlərin Anderraytinqi işlərinin icrasına nəzarət etmək;
  • Bankın kredit portfelinin keyfiyyətinə gündəlik nəzarət edir, onun yaxşılaşdırılması üçün təkliflər hazırlayır;
  • Kredit müraciətləri üzrə sifarişlərə komitədən əvvəl yazılı rəy bildirir; Kredit limitləri ayrılarkən öz təkliflərini vermək;
  • Kredit komitələrində iştirak edir;
  • Şöbənin işini bankdaxili siyasət və qaydalara uyğun planlaşdırmaq, işlərin icrasına nəzarət etmək
  • Kredit portfelinə gündəlik nəzarətin həyata keçirilməsinə, kredit portfelinin keyfiyyətinin artırılmasına dair verilmiş təkliflərə və ona həvalə olunmuş səlahiyyətlər daxilində kredit portfelinin keyfiyyətinin artırılması istiqamətində səlahiyyətli şəxslər tərəfindən tədbirlərin görülməsinə nəzarət edilməsinə məsuliyyət daşıyır;
  • İdarə Heyətinin və/və ya birbaşa rəhbərinin bu bölməyə həvalə etdiyi digər vəzifələri həyata keçirir.
  • Kredit portfelinin monitorinqi ilə əlaqədar ezamiyyələrdə iştirak etmək (əsasən Bakı, Abşeron)
 

Namizədə tələblər

  • Ali təhsil (iqtisadi və riyazi təhsilli olanlara üstünlük verilir);
  • Kredit sahəsində minimum 2 il təcrübə;
  • Analitik qabiliyyət
  • Səmərəli ünsiyyət qurmaq bacarığı
  • İşgüzar ünsiyyət etikası
  • Komandada işləmək qabiliyyəti
  • Microsoft Office proqramlarında işləmək qabiliyyəti
  • Məsuliyyət

Qeydlər

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Kreditlərin monitorinqi bölməsinin Mütəxəssisi və ya Aparıcı mütəxəssisi)  göstərməyiniz xahiş olunur.

Onlayn Müraciət