Управление рисками

Bankın strateji planına əsasən aktivlərin həcminin və kredit portfelinin artırılması, bütün kateqoriya müştərilərin yüksək xidmətlə təmin olunması və s. məqsədlərdən əlavə risklərin idarə olunmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə kredit portfeli daimi təhlil olunur, riskli müştəri bazası müəyyən olunur və aradan qaldırılmasına dair tədbirlər görülür. Bunun nəticəsi kimi bankın riskli müştəri bazası minimal səviyyədə saxlanılır. Proseslərə nəzarəti bankın korporativ və pərakəndə qollarının nəzdində müvafiq departamentlər  həyata keçirir. Risklərin ölçülməsi sistemləri və metodları hələlik bankın özünün müəyyən etdiyi kateqoriyalar üzrə aparılır. Risklərin müəyyən olunması prosesində Bankın monitorinqlə məşğul olan  müvafiq strukturları da iştirak edir. Hazırda bankın məruz qaldığı bazar riski (faiz dərəcəsi riski, xarici valyuta riski, açıq valyuta riski) minimal səviyyədədir.

 

Likvidliyin itirilməsi riski Bankın üzərinə götürdüyü öhdəliklərinin tam şəkildə yerinə yetirmək qabiliyyətinin itirilməsi nəticəsində əmələ gələ biləcək itkilərin riskidir. Likvidliyin itirilməsi riski Bankın aktivləri və öhdəlikləri arasında balansın pozulması nəticəsində əmələ gəlir. Likvidliyin idarəedilməsinin effektivliyini və nəzarətin təmin edilməsi məqsədilə Bankda  mütəmadi tədbirlər həyata keçirilir. Likvidlik risklərinin idarə edilməsi metodları Azərbaycan Respublikasının Mərkəzi Bankının Risklərin İdarə Edilməsi Standartlarına əsasən həyata keçirilir.