Məlumat açıqlanması - Bank BTB
İnternet Bankçılıq Kredit Kalkulyatoru

Məlumat açıqlanması

Filiallar Bankın lisenziyası çərçivəsində aşağıdakı fəaliyyət növlərini göstərirlər:

  • tələbli və müddətli depozitlərin (əmanətlərin) və digər qaytarılan vəsaitlərin cəlb edilməsi;
  • kreditlərin (təminatlı və/və ya təminatsız) verilməsi, o cümlədən istehlak və ipoteka kreditləşdirilməsi və digər kreditləşmə növləri;
  • fiziki və hüquqi şəxslərin hesablarınının açılması və aparılması;
  • klirinq, hesablaşma-kassa xidmətləri, pul vəsaitinin, ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlər göstərilməsi;
  • valyuta  mübadiləsi əməliyyatlarının həyata keçirilməsi;
  • sənədləri və qiymətliləri, o cümlədən pul vəsaitlərini saxlanca qəbul etmək (xüsusi otaqlarda və ya seyf qutularında saxlamaq);
  • “Banklar haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunmuş Bankın lisenziyası ilə həyata keçirilməsinə icazə verilmiş digər fəaliyyət növləri.

 

Şöbələr Bankın lisenziyası çərçivəsində aşağıdakı fəaliyyət növlərini göstərirlər:

  • tələbli və müddətli depozitlərin (əmanətlərin) cəlb edilməsi;
  • fiziki və hüquqi şəxslərin hesablarınının açılması və aparılması;
  • klirinq, hesablaşma-kassa xidmətləri, pul vəsaitinin, ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlər göstərilməsi;
  • valyuta  mübadiləsi əməliyyatlarının həyata keçirilməsi;
  • “Banklar haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunmuş Bankın lisenziyası ilə həyata keçirilməsinə icazə verilmiş digər fəaliyyət növləri.

 

Mükafatlandırma siyasətinin əsas prinsipləri:

Bankda işçilərin qiymətləndirilməsi və motivasiyası işi strateji hədəflərin icrasının təmin olunması, ədalətlilik, şəffaflıq və rəqabətlilik prinsipləri üzərində qurulmuşdur.

 

Dividend siyasəti:

Hər il üzrə kənar audit yoxlaması yekunlaşdıqdan sonra, Bankın maliyyə ili üzrə əldə edilən xalis mənfəət Səhmdarların Ümumi Yığıncağının qərarı ilə bölüşdürülür.

 

Səhmdarlar və onların iştirak payları barədə məlumat:

Mehdiyeva Nigar İsmayıl qızı - 74.9872% paya malikdir.

Sadiq Rza İsmayıl oğlu - 19.0128% paya malikdir.

Mahmudova Tükazban Ağa qızı - 6% paya malikdir.

 

Bankın buraxdığı səhmlər haqqında məlumat:

12 000 ədəd sənədsiz adlı adi səhm. Bir səhmin nominal dəyəri: 1000 manat. Dövlət qeydiyyat nömrəsi: AZ1001009443

1 600 ədəd sənədsiz adlı adi səhm. Bir səhmin nominal dəyəri: 1000 manat. Dövlət qeydiyyat nömrəsi: AZ1001009443

31240 ədəd sənədsiz adlı adi səhm. Bir səhmin nominal dəyəri: 1000 manat. Dövlət qeydiyyat nömrəsi: AZ1001009443

5 160 ədəd sənədsiz adlı adi səhm. Bir səhmin nominal dəyəri: 1000 manat. Dövlət qeydiyyat nömrəsi: AZ1001009443

2 000 ədəd sənədsiz adlı adi səhm. Bir səhmin nominal dəyəri: 1000 manat. Dövlət qeydiyyat nömrəsi: AZ1001009443

14 450 ədəd sənədsiz adlı adi səhm. Bir səhmin nominal dəyəri: 1000 manat. Dövlət qeydiyyat nömrəsi: AZ1001009443

 

Səhmdarların hüquqları aşağıdakı kimidir:

Cəmiyyətin idarə edilməsində Azərbaycan Respublikasının Mülki Məcəlləsi, cəmiyyətin nizamnaməsi və digər qanunvericiliklə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək;

Qanunvericiliklə müəyyən edilmiş qaydada cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq;

Cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək;

Cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini tələb etmək;

Cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək;

Cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək;

Cəmiyyətin xalis mənfəətindən dividend almaq;

Cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq;

Azərbaycan Respublikasının Mülki Məcəlləsində və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.

 

Bank “BTB” ASC-də aşağıdakı tərkibdə aşağıda göstərilmiş daxili komitələri mövcuddur:

Korporativ İdarəetmə Komitəsi

Korporativ İdarəetmə Komitəsinin Sədri – Sadiq Rza İsmayıl oğlu

Korporativ İdarəetmə Komitəsinin üzvü – Fərhad-zadə Rövşən Eldar oğlu

Korporativ İdarəetmə Komitəsinin üzvü –  Hüseynov Ramin Şəhadət oğlu

 

Risk Komitəsi (əsas vəzifəsi Bankın risklərin idarə edilməsi prosesində iştirak edən  idarəetmə orqanları, struktur bölmə və Baş risk inzibatçısı ilə birgə Bankda risklərin idarə edilməsi sistemlərinin qurulması, təkmilləşdirilməsi və düzgün işləməsi üzərində monitorinqi həyata keçirilməsidir)

Risk Komitəsinin Sədri – Fərhad-zadə Rövşən Eldar oğlu

Risk Komitəsinin üzvü – Hüseynov Ramin Şəhadət oğlu

Risk Komitəsinin üzvü – Hümbətov İkram Müzəffər oğlu

 

Orta Kredit Komitəsi (əsas vəzifəsi  kreditlərlə bağlı qərarların verilməsi, kredit portfeli üzrə risklərin idarə edilməsində iştirak edilməsi və portfelin gəlirliyinin təmin edilməsidir)

Orta Kredit Komitəsinin sədri - Yusifov Zaur Ağa Zeynal oğlu

Orta Kredit Komitəsinin üzvü - Məlikzadə Kamran Vahid oğlu

Orta Kredit Komitəsinin üzvü - Murtuzayev Nemət Museyib oğlu

Orta Kredit Komitəsinin üzvü - Məmmədov Vüqar Çərkəz oğlu

Orta Kredit Komitəsinin üzvü - Babayev Elçin Nazim oğlu

 

Böyük Kredit Komitəsi (əsas vəzifəsi  kreditlərlə bağlı qərarların verilməsi, kredit portfeli üzrə risklərin idarə edilməsində iştirak edilməsi və portfelin gəlirliyinin təmin edilməsidir)

Böyük Kredit Komitəsinin sədri - Hüseynov Eldəniz Ramiz oğlu

Böyük Kredit Komitəsinin üzvü -  Yusifov Zaur Ağa Zeynal oğlu

Böyük Kredit Komitəsinin üzvü - Abbasov Nihad Oktay oğlu

Böyük Kredit Komitəsinin üzvü - Hüseynzadə Yusif  Təyyub oğlu

Böyük Kredit Komitəsinin üzvü - Məlikzadə Kamran Vahid oğlu

 

Kiçik Kredit Komitəsi (əsas vəzifəsi  kreditlərlə bağlı qərarların verilməsi, kredit portfeli üzrə risklərin idarə edilməsində iştirak edilməsi və portfelin gəlirliyinin təmin edilməsidir)

Tərkibi bir filial üzrə filial müdiri – sədr, filial müdirinin müavini (olduğu təqdirdə), bölmə rəhbəri, kredit sahəsi üzrə təcrübəli mütəxəssisdən (bölmə rəhbəri olmadığı təqdirdə) formalaşır.

 

APİK Komitəsi (əsas vəzifəsi aktiv və passivlərinin yerləşdirilməsi üzrə səmərəliyinin təmin edilməsi, likvidlik, faiz və bazar risklərinin idarə edilməsidir)

APİK Komitəsinin sədri – Hüseynov Eldəniz Ramiz oğlu

APİK Komitəsinin üzvü - Yusifov Zaur Ağa Zeynal oğlu

APİK Komitəsinin üzvü - Hüseynov Ramin Şəhadət oğlu

APİK Komitəsinin üzvü- Hüseynzadə Yusif  Təyyub oğlu

APİK Komitəsinin üzvü- Xəlilov Nicat Nizami oğlu

APİK Komitəsinin üzvü- Rəfiyev Vüqar Səxavət oğlu

 

İnformasiya Texnoloqiyaları Komitəsi (əsas vəzifəsi informasiya texnologiyaları sistemlərinin effektivliyinin və təhlükəsizliyinin  təmin edilməsi)

İnformasiya Texnoloqiyaları Komitəsinin üzvü – Yusifov Zaur Ağa Zeynal oğlu

İnformasiya Texnoloqiyaları Komitəsinin üzvü – Abdullayev Elşad Çingiz oğlu

İnformasiya Texnoloqiyaları Komitəsinin üzvü –  Axundov Anar Afiq oğlu

İnformasiya Texnoloqiyaları Komitəsinin üzvü – Hüseynzadə Yusif  Təyyub oğlu

 

Audit Komitəsinin tərkibi:

Audit Komitəsinin sədri - Hüseynov Ramin Şəhadət oğlu

Audit Komitəsinin üzvü – Hümbətov İkram Müzəffər oğlu

Audit Komitəsinin üzvü – Abdullayev Rövşən Müslüm oğlu

 

Mikro Kredit Komitəsi (əsas vəzifəsi  kreditlərlə bağlı qərarların verilməsi, kredit portfeli üzrə risklərin idarə edilməsində iştirak edilməsi və portfelin gəlirliyinin təmin edilməsidir)

Mikro Kredit Komitəsinin tərkibinə daxil olan Alt Komitənin tərkibi

Komitənin sədri: Korporativ bankçılıq departamentinin Mikro Kreditləri şöbəsinin rəhbəri;

Komitənin üzvü: Risklərin idarə edilməsi departamentinin Kreditlərə nəzarət şöbəsinin əməkdaşı (Risklərin idarə edilməsi departamentinin direktoru tərəfindən müəyyən olunur);

Komitənin üzvü: müvafiq Filialın Mikro Kreditlər bölməsinin rəhbəri.

Mikro Kredit Komitəsinin tərkibinə daxil olan Üst Komitənin tərkibi

Komitənin sədri: Korporativ bankçılıq departamentinin Mikro Kreditləri şöbəsinin rəhbəri ;

Komitənin üzvü: Müvafiq Filialın müdiri

Komitənin üzvü: Risklərin idarə edilməsi departamentinin Kreditlərə nəzarət şöbəsinin əməkdaşı (Risklərin idarə edilməsi departamentinin direktoru tərəfindən müəyyən olunur).

Mikro Kredit Komitəsinin tərkibinə daxil olan Üst Komitəyə və Alt Komitəyə ehtiyat üzvləri qismində təyin olunanlar və komitələrin hər-hansı üzvü (Üst Komitənin sədri istisna olmaqla) iclasda iştirak etmədikdə komitələrin iclaslarında səsvermə hüququ ilə iştirak edə bilənlər:

Müvafiq Filialın Kredit şöbəsinin rəhbəri;

Müvafiq Filialın Kredit şöbəsinin  Biznes kreditləri bölməsinin rəhbəri;

Müvafiq Filialın Mikro Kreditlər bölməsinin rəhbəri.

 

Mükafatlandırma Komitəsi (Bankın əməkdaşlarının fəaliyyət nəticələrinə görə mükafatlandırılması siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsi, mükafatlandırmanın bu siyasətə uyğun aparılmasıdır)

Mükafatlandırma Komitəsinin sədri - Sadiq Rza İsmayıl oğlu

Mükafatlandırma Komitəsinin üzvü - Hüseynov Eldəniz Ramiz oğlu

 

 İstiqrazlarla bağlı məlumat

Qiymətli kağızların növü və forması - Faizli təmin edilməmiş istiqrazlar

Qiymətli kağızların emissiyasının yekunları haqqında hesabatın dövlət qeydiyyat nömrəsi - AZ2001009441

Qiymətli kağızların nominal dəyəri, ümumi həcmi və sayı - Hər bir istiqrazın nominal dəyəri 500 (beş yüz) ABŞ dolları olmaqla ümumi həcmi (nominal dəyər üzrə) 8,500.000 (səkkiz milyon beş yüz min) ABŞ dolları olan 17 000 (on yeddi min) ədəd

İstiqrazlar üzrə illik faiz dərəcəsi - İstiqrazlar üzrə illik faiz dərəcəsi 9(doqquz) %

Ödənilmə müddəti - İstiqrazların yerləşdirilməsinə başlandığı tarixdən 7 (yeddi) il (2520 gün). Bank “BTB” ASC-nin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının 11.11.2017-ci il tarixli, SÜY-004-2017 saylı protokolu əsasında ödənilib.

Hər bir istiqrazla təsbit edilən hüquqlar: 

  • İstiqrazların tədavül müddətinin sonunda istiqrazın əsas məbləğini Emitentdən almaq;
  • İstiqrazın nominal dəyərindən  illik 9 (doqquz) faiz olmaqla, istiqrazların tədavül müddəti ərzində hər ayın sonuncu iş günü istiqrazların nominal dəyərindən hesablanmış faizləri Emitentdən almaq;
  • Emitentin ləğvi, yaxud yenidən təşkili barədə qərar qəbul edildikdə habelə Emitent müflis elan olunduqda İstiqrazların nominal dəyərinin və həmin anadək hesablanmış lakin ödənilməmiş faizlərin vaxtından əvvəl ödənilməsini Emitentdən tələb etmək;
  • Qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.

 

 İstiqrazlarla bağlı məlumat

Qiymətli kağızların növü və forması – Faizli, təmin edilməmiş, sənədsiz istiqrazlar

Qiymətli kağızların buraxılışının qeydiyyat nömrəsi - AZ2002009440

Qiymətli kağızların nominal dəyəri: bir istiqrazın nominal dəyəri 1000 (bir min) AZN

Qiymətli kağızların ümumi sayı 2000 (iki min) ədəd

İstiqrazlar üzrə illik faiz dərəcəsi -  9(doqquz) %

Ödənilmə müddəti - İstiqrazların ödənilmə müddəti buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 1 (bir) təqvim  ili təşkil edir. İstiqrazlar üzrə ödənilməli olan faizlər istiqrazların tədavül müddətində (buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən  1(bir) təqvim ili müddətində) rüblük (hər rübün sonuncu iş günündə) olaraq nağdsız qaydada ödənilir. Bu zaman əsas kimi rübdə 90 gün götürülür.

 

Hər bir istiqrazla təsbit edilən hüquqlar: 

  • Emitentin ləğvi, yaxud Emitentin kreditorları qarşısında olan öhdəliklərinin icrasına təhlükəyə səbəb olan onun yenidən təşkili barədə qərar qəbul edildikdə,  habelə Emitent müflis elan edildikdə İstiqrazların nominal dəyərinin və həmin anadək hesablanmış, lakin, ödənilməmiş faizlərin vaxtından əvvəl ödənilməsini Emitentdən tələb etmək;
  • İstiqrazların tədavül müddəti  bitdikdə İstiqrazların nominal dəyərini   Emitentdən almaq;
  • İstiqrazların tədavül müddəti  ərzində İstiqrazların nominal dəyərindən illik 9%(doqquz) həcmində faiz almaq;

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlar.

Emissiya prospekti

   

Aidiyyatı şəxslərlə əqdlər