3D Secure - Bank BTB
İnternet Bankçılıq Kredit Kalkulyatoru

3D Secure

“Bank BTB" bütün plastik kart sahiblərinə "3D Secure" - təhlükəsiz ödəmə xidmətini təklif edir.

“3D Secure” texnologiyası nədir?

3D Secure – internet vasitəsilə həyata keçirilən əməliyyatlar zamanı dələduzluğun qarşısının alınması üçün qabaqcıl texnologiyadır. Texnologiya bank kartının və kart sahibinin etibarlılığını onlayn rejimdə yoxlayır və buna görə yüksək səviyyədə təhlükəsizliyi təmin edir. Bu o deməkdir ki, bank kartına dair məlumatlar itdikdə, kartın sahibindən başqa və ya onun xəbəri olmadan internet vasitəsilə heç bir əməliyyat aparıla bilməz.

 

“3D Secure” parolu necə əldə etmək olar?

1. Birdəfəlik parolları çap etmək üçün ATM-in əsas menyusunda “XİDMƏTLƏR” bölməsini seçin.

2. “İB və 3D Secure parol siyahısı” bölməsini seçin.

3. Bundan sonra bankomat parolların siyahısını çap edəcək.

4. Qeydiyyatdan keçmək üçün https://acs.3dsecure.az/way4acs/enroll  saytından daxil ola bilərsiniz

5. “Birdəfəlik parolların siyahısı” - autensifikasiya növünü seçin.

6. Kartın istifadə müddətinin bitmə tarixini, CVC2 və birdəfəlik parolu daxil edin.

7. İstifadəçi adını, şifrəni, köməkçi sözü və istənilən (salam) mətni daxil edin. Şifrə minimum 8 işarə olmaqla hərflər, rəqəmlər və xüsusi işarələrdən ibarət olmalıdır.

 

3D Secure üzrə təlimat