Məsuliyyətli Kreditləşmə

Bank “BTB” ASC-də Bank xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və onun effektiv mexanizmin hazırlanması, məsuliyyətli kreditləşmə üzrə davranış standartlarının tətbiqi məqsədilə müvafiq tədbirləri həyata keçirməyi tövsiyə edən “Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında Metodoloji Rəhbərlik”ə əsasən “Məsuliyyətli kreditləşmə siyasəti” hazırlanaraq geniş auditoriyaya təqdim edilmişdir.


Bank “BTB” ASC-nin Məsuliyyətli kreditləşmə siyasətinin məqsədi, yarana biləcək riskləri nəzərə alaraq, ödəniş intizamı və şəffaflığın təmin edilməsi, müştərinin həddən artıq borclanmasının qarşısının alınması, məsuliyyətli borclanma vərdişlərinin inkişaf etdirilməsi, banka ictimai etimadın yüksəldilməsi, maliyyə sabitliyinin qorunub saxlanması, müştəri məmnuniyyətinin qorunması və maliyyə savadlılığının artırılması məqsədilə tətbiq olunan prinsiplərdən ibarətdir.


Bankın həyata keçirdiyi məsuliyyətli kreditləşmə prinsipləri:
- kredit müraciəti zamanı məsuliyyətli kreditləşmə barədə fərdi konsultasiya olunması;
- istehlakçıdan gəlirinin məbləği və mənbəyi, öhdəlikləri və xərcləri, kredit tarixçəsi, kredit məhsulunun əldə edilməsi ehtiyacı və məqsədi, gələcəkdə müştərinin maliyyə vəziyyətinə təsiri gözlənilən əhəmiyyətli dəyişikliklər və digər zəruri məlumatların toplanaraq yoxlanılması;
- istehlakçının ödəmə qabiliyyətinin qiymətləndirilməsi (ödəmə qabiliyyəti Borc Yükünün Gəlirə nisbəti əmsalına əsasən müəyyən edilməsi.
- kreditin təyinata uyğunluğunun yoxlanılması;
- qiymətləndirmənin nəticələrinin istehlakçıya açıqlanması;
- müştəriyə götürmək istədiyi kredit məhsulu üzrə bütün müqavilə şərtlərinin şifahi izahının verilməsi;


Faydalı linklər:
- http://www.cbar.az/lpages/finance-edu/about-the-project/
- http://www.bizimpullar.az/
- http://www.cbar.az/assets/3833/Banklarda... 

Bankın Məsuliyyətli Kreditləşmə Siyasəti ilə bu linkdə və bütün xidmət şəbəkələrində tanış ola bilərsiniz.