"Proqressiv Əmanət" məhsulu - Bank BTB
İnternet Bankçılıq Kredit Kalkulyatoru

"Proqressiv Əmanət" məhsulu

Meyarlar Şərtlər
Min. məbləğ 100 AZN / USD
Müddət 6 - 12 ay
Faizlərin alınması Aylıq və ya müddətin sonunda
Məbləğin artırılması

Müddətin 3/4 hissəsinədək icazə verilir

Məbləğin azaldılması İcazə verilmir
Artırma məbləği

Bankın əmanət qoyulmuş xidmət nöqtəsində nağd ödənişlə min. 50 AZN/USD

Onlayn və Cash-in aparatlarından məhdudiyyət yoxdur

Müddətin uzadılması

Əmanət müqaviləsinin müddəti bitənədək 5 (beş) təqvim günü ərzində Tərəflərdən (Tərəf dedikdə Müştəri və Bank başa düşülür) biri digər Tərəfə Müqavilənin ləğv edilməsi barədə bildiriş vermədikdə Müqavilə Bank tərəfindən eyni müddətə, Bankda uzadılma tarixində qüvvədə olan müvafiq əmanət məhsulunun faiz dərəcəsi ilə, qeyd olunan faiz dərəcəsi qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddindən artıq olduqda isə uzadılma tarixində qüvvədə olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinə bərabər faiz dərəcəsi ilə uzadılır. 

Kredit və ya kredit xətti Məbləğin 90%-dək ola bilər
Kreditin faiz dərəcəsi Əmanət üzrə illik faiz dərəcəsi + 5%
Kredit xətti üzrə faiz dərəcəsi Əmanət üzrə illik faiz dərəcəsi + 5%

Kreditin valyutası depozitin

valyutasından fərqli olduqda

Kredit üzrə illik faiz dərəcəsi: Əmanət üzrə illik faiz dərəcəsi / 0,8 + 20%

Kredit xətti üzrə illik faiz dərəcəsi: Əmanət üzrə illik faiz dərəcəsi / 0,8 + 20%

Faizlərin hesablanmasında güzəşt müddəti (grace period) yoxdur

Kreditin komissiyası

Nağdlaşdırma komissiyası: 0%

Qeyd: Kredit kartı ilə verilən kreditlər üzrə komissiyalar həmin məhsulun şərtlərinə uyğun tətbiq olunur

 
Komissiyalar
1. Ödəniş terminalları (Paşa Pay – Milli Ön, E – Manat, M Pay, Katech MMC – Keşpay) vasitəsilə hesaba mədaxil haqqı Qeyd: AR ərazisində yerləşən və ödənişləri qəbul edən ödəmə terminalları, köşk, fərdi kompüter (PC), POS terminal, PC kassir, elektron pul kisəsi, mobil telefon üçün proqram, e-voucher, mobil banking və s. 1.2%
2.Ödəniş terminalı (Express Pay) vasitəsilə hesaba mədaxil haqqı Qeyd: AR ərazisində yerləşən və ödənişləri qəbul edən ödəmə terminalları, köşk, fərdi kompüter (PC), POS terminal, PC kassir, elektron pul kisəsi, mobil telefon üçün proqram, e-voucher, mobil banking və s 0,6%

 

Əmanət müddəti üzrə faiz dərəcəsi

Əmanətin müddəti (ay) AZN USD
Aylıq   Müddətin sonunda Aylıq   Müddətin sonunda
6 - 8 2.50%   3.50% 1.25%   1.50%
9 - 11 4.50%   5.00% 1.75%   1.75%
12  9.00%   9.00% 2.00%   2.00%
 

Məbləğin vaxtından əvvəl tam çıxarılması zamanı faizlərin ödənilməsi

12 aylıq əmanətlərdə vəsait müddətin 3/4 hissəsinədək ( 9 ayadək ) çıxarılarsa heç bir faiz hesablanmır. 

Vəsait müddətin 3/4 hissəsindən sonra ( 9-12 ay aralığında ) çıxarılarsa aşağıdakı qaydada hesablanır. 

 
Əmanətin saxlanma müddəti İllik faiz dərəcəsi (AZN) İllik faiz dərəcəsi (USD)
0 – 270 gün 0.00% 0.00%
271 – 360 gün 2.00% 0.50%
Qeyd: 12 aydan az müddətə qoyulmuş əmanətlər vaxtından öncə tam çıxarılarsa heç bir faiz hesablanmır.

Əlavə: Bank BTB "Əmanətlərin sığortalanması haqqında" dövlət qanununa əsasən yaradılmış Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bankda yerləşdirilən əmanətlər Fondun şərtlərinə əsasən sığortalanır.  Əmanətlərin faiz dərəcəsindən çox olarsa, bu zaman müştərinin istəyi əsasında Əmanət üzrə faiz dərəcəsi azaldılaraq həmin tarixdə qüvvədə olan sığortalanan Əmanətlərin faizinə uyğun təyin edilə və Əmanət yerləşdirilə bilər.

Əmanət kalkulyatoru