"Əmək Haqqı Plyus" Layihəsi - Bank BTB
İnternet Bankçılıq Kredit Kalkulyatoru

"Əmək Haqqı Plyus" Layihəsi

“ƏMƏK HAQQI PLYUS” məhsulu Sizə əmək haqqı kartlarının güzəştli şərtlərlə əldə edilməsi imkanını yaradır. 

Məhsulun şirkət üçün üstünlükləri:

  1. Əmək haqlarının sürətli, tam təhlükəsiz şəkildə köçürülməsi

  2. Fərdi tariflərlə xidmətin göstərilməsi

  3. Şirkət və ya hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslər hesabını bank filialında açdıqda hesab tam ödənişsiz açılır, pulsuz, 3 illikBosscard” biznes kartı təqdim olunur. Bu da 10.000 AZN-dək overdraft imkanı deməkdir.
  4. Rəhbər şəxslərə şirkətin əməkdaş sayı 15 – 40 aralığı olduqda Gold kart, 40-dan çox olduqda isə Platinum kart hədiyyə edilməsi

Məhsulun əməkdaşlar üçün üstünlükləri:

  1. Bank BTB-nin ATM-ləri ilə daxil olmaqla ölkə üzrə 1000-dən çox ATM-lər vasitəsilə pul vəsaitlərinin nağdlaşdırılması 0% təşkil edir. Qeyd: Bank BTB ATM-lərindən başqa digər bankların ATM-lərindən birdəfəlik minimal vəsaitin çıxarılması 100 AZN təşkil etməlidir.

  2. Əmək Haqqı Plyus kartına sahib olan hər bir kəs aldığı məvacibin maksimum 50%-i məbləğində kredit limitindən yararlana bilər.
  3. Ödənişsiz SMS məlumatlandırma xidməti;

  4. Ödənişsiz Mobil bankinq xidməti;

  5. Ödənişsiz İnternet bankinq xidməti;

  6. Kartlarda 24/7 konvertasiya xidməti;

  7. Onlayn kartdan-karta pul vəsaitlərinin köçürülməsi xidməti;

  8. Ödənişsiz hesabdan çıxarışın verilməsi;

  9. Bu məhsuldan istifadə edən rəhbər şəxslər və əməkdaşlara Nağd pul krediti güzəştli faiz dərəcələri ilə zaminsiz və komissiyasız təklif olunacaq.

       

 

Overdraft Krediti

 Meyarlar

Şərtlər

 Müddət

Overdraft müqaviləsi əmək haqqı kartının son istifadə müddətini keçməmək şərtilə maks. 12 ay müddətinə bağlanılır.

 Valyuta

Əmək haqqı hesabının valyutası ilə eyni

 İllik faiz dərəcəsi

36%

 Ödəniş üsulu

Növbəti əmək haqqı verilən zaman overdraft limitindən istifadə olunan məbləğ və ona hesablanmış faizlər əmək haqqından tutulacaqdır və yalnız yerdə qalan əmək haqqı məbləği müştəriyə ödəniləcəkdir.

 Komissiya

Rəsmiləşdirmə komissiyası: 0%

Nağdlaşdırma komissiyası: 0%

 Overdraft məbləği

Əmək haqqının maks. 50%-dək

(vergi və icbari sosial sığorta çıxıldıqdan sonra qalan net əmək haqqı)  

 

 

Sifariş