Contactless - Bank BTB
İnternet Bankçılıq Kredit Kalkulyatoru

Contactless

“Contactless” –  ödəniş kartları vasitəsilə nağdsız əməliyyatlar zamanı kartı POS-terminala daxil etmədən yalnız toxundurmaqla sürətli əməliyyatlar aparmağa imkan verən bir texnogiyadır.

“Contactless” əməliyyatının aparılması üçün ödəniş kartı ilə yanaşı POS-terminalın da müvafiq funksiyanı dəstəkləməsi vacibdir.

“Contactless”  funksiyasının ən əsas özəlliklərindən biri öncədən təyin edilmiş limitlər çərçivəsində PİN-kod daxil edilmədən əməliyyat etmək imkanının olmasıdır. Təhlükəsizlik tədbirlərini ön plana çıxararaq ödəniş kartları ilə PİN-kod daxil edilmədən aparılacaq əməliyyatlar üzrə maksimal limit təyin edilmişdir.  Azərbaycan Respublikası ərazisində Bank BTB-nin təmassız ödəniş kartlari ilə təmassız əməliyyat zamanı məbləğ 100 manatadək olduqda PİN kodun yığılması tələb olunmur. 100 manatdan yuxarı təmassız əməliyyatlar üzrə isə mütləq qaydada PİN kodun daxil edilməsi tələb ediləcək. 

Qeyd edək ki, ölkə xaricində təmassız kartlarla təmassız əməliyyat zamanı istənilən məbləğə PİN kodun daxil edilməsi tələb olunur.