Onlayn Ödəniş Xidmətinin imkanları sayəsində banka getmədən 24 saat real vaxt rejimində bank əməliyyatlarını asan, operativ və etibarlı olaraq həyata keçirmək mümkündür. Bu xidmətə aşağıdakı hissələr daxildir:
- Kredit borcunun ödənişi. Bu hissə vasitəsilə kredit kartlar daxil olmaqla bütün növ kreditlər üzrə ödənişlərin həyata keçirilməsi mümkündür. Kreditin tam və ya onun bir hissəsinin vaxtından əvvəl ödənildiyi halda bununla bağlı banka rəsmi müraciət (ödəniş tapşırığı, ərizə və s.) təqdim edilməlidir.
- Əmanət vəsaitlərinin artırılması. Artırılma imkanı olan əmanətlərin üzərinə vəsaitin əlavə edilməsi xidmətin bu hissəsi vasitəsilə mümkündür. Bu halda əlavə edilən vəsaitə dair minimum məbləğ məhdudiyyəti (50 AZN / USD) şamil edilmir.
- Plastik Kart və cari hesab balansına vəsaitlərin mədaxili. Bu hissə vasitəsilə həm debet karta bağlı olan, həm də cari bank hesablarının möhkəmləndirilməsini həyata keçirmək mümkündür.
Açılan səhifədə məlumatların eyniləşdirilməsi üçün Müştəri kodu və Doğum tarixinizi daxil edərək, bank əməliyyatları yerinə yetirə bilərsiniz.
ONLAYN ÖDƏNİŞ XİDMƏTİNƏ GİRİŞ