Bank “BTB” ASC-yə məxsus olan ödəniş kartları ilə aparılan əməliyyatlara tətbiq edilən məhdudiyyətlər - Bank BTB
İnternet Bankçılıq Kredit Kalkulyatoru

Bank “BTB” ASC-yə məxsus olan ödəniş kartları ilə aparılan əməliyyatlara tətbiq edilən məhdudiyyətlər

  1. Kartın maqnit zolağından istifadə etməklə əməliyyatlar keçirilə bilməz.
  2. Kartların növündən asılı olaraq bankomatlardan gün ərzində çıxarılan nağd vəsaitlərə tətbiq edilən limitlər(qeyd olunan limitlər bütün növ kartlara şamil olunur və kart sahibinin müraciəti əsasında dəyişdirilə bilər):
  • Maestro/Visa Electron- kartın valyutasına uyğun olaraq 1 500 manat/ABŞ dolları/avro (komisyon haqqı daxil olmaqla)
  • MasterCard Standard/Visa Classic- kartın valyutasına uyğun olaraq 2 000 manat/ABŞ dolları/avro (komisyon haqqı daxil olmaqla)
  • MasterCard/Visa Gold, Platinum- kartın valyutasına uyğun olaraq 2 500 manat/ABŞ dolları/avro (komisyon haqqı daxil olmaqla)
  • “BOSS Card” kartın valyutasına uyğun olaraq 2 000 manat/ABŞ dolları/avro (komisyon haqqı daxil olmaqla). Bu növ karta və hüquqi şəxslərə/fərdi sahibkarlara verilən kartlara əlavə olaraq POS terminal və bankomatlardan ay ərzində çıxarılan nağd vəsaitlərə aylıq 5 000 manat/ABŞ dolları/avro (komisyon haqqı daxil olmaqla) limit tətbiq edilir.
  1. Kartlarla ölkə xaricində emisiya olunmuş kartlara və hesablara vəsaitin köçürülməsinə günlük 1 000 ABŞ dolları ekvivalentində (komisyon haqqı daxil olmaqla)və aylıq 10 000 ABŞ dolları ekvivalentində (komisyon haqqı daxil olmaqla) limitlər tətbiq edilir
  2. Kartlarla POS terminal vasitəsilə ödənişlər yalnız PİN kodun daxil edilməsi ilə həyata keçirilə bilər (təmassız kartlarla Azərbaycan Respublikası ərazisində POS terminallarda təmassız əməliyyat zamanı 50 manatadək həyata keçirilən ödənişlər istisnadır)
  3. Aşağıda adları qeyd olunan ölkələrdə Bank BTB-nin ödəniş kartlar ilə əməliyyatların aparılması mümkün deyil:

    Əfqanıstan İslam Respublikası

    Ermənistan Respublikası

    Liberiya Respublikası

    Qayana Kooperativ Respublikası

    Somali Respublikası

    Sudan Respublikası

    Konqo Demokratik Respublikası

    Koreya Xalq Demokratik Respublikası

    Laos Xalq Demokratik Respublikası

    Kot–d’İvuar Respublikası